Rusiya ordusu Donbasın 39 yaşayış məntəqəsini atəşə tutub.

Donetsk və Luqansk vilayətlərində 60-dan çox mülki obyekt dağıdılıb və zədələnib.

Nəticədə azı 14 dinc sakin həlak olub. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin 50 yaşayış binası, xəstəxana, dəmiryolu vağzalı, ticarət mərkəzi, polis idarəsi, prokurorluğun binası, elektrik yarımstansiyası atəş nəticəsində ziyan çəkib.

Qeyd edək ki, bu gün Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın Donbasdakı əməliyyatların intensivliyini artırdığı barədə məlumat yayıb.

İstinadlar Report