Vaşinqtonun Rusiyanın İstintaq Komitəsinin iki əməkdaşına qarşı sanksiya tətbiq etməsindən sonra Moskva Rusiyaya girişinə məhdudiyyət qoyulan ABŞ vətəndaşlarının siyahısını genişləndirəcək.

Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Əlbəttə, biz də müvafiq qaydada ABŞ vətəndaşlarının ölkəmizə girişi üzrə məhdudiyyət siyahımızı genişləndirəcəyik. Bunu açıq-aydın bəyan edirik”, – S.Ryabkov deyib.

Onun sözlərinə görə, ABŞ bu kimi siyahıların genişləndirilməsi üzrə “qüsurlu təcrübədən” imtina etdikdən sonra Rusiya da qarşılıqlı prinsiplərə əsaslanaraq bunu edəcək.

İstinadlar Report