
“Rusiya Vaşinqtonda 1-2 aprel tarixlərində Vaşinqtonda keçiriləcək nüvə sammitində iştirakdan imtina etməklə, fürsəti əldən verib”. Bu barədə Ağ Evdən bildirilib. “Biz hesab edirik ki, Rusiyanın bu cür yüksək səviyyəli sammitdə iştirak etməmək qərarı, ilk növbədə, əldən verilmiş imkandır”, – deyə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ben Rouds bildirib.
Həmçinin, qeyd olunur ki, Rusiyanın danışıqlarda iştirak etməməsi ölkəni daha da təcrid olunmasına səbəb olacaq. Roudsun sözlərinə görə, buna baxmayaraq, ABŞ və Rusiya nüvə təhlükəsizliyinə dair məsələlər üzrə əməkdaşlıq və müzakirələri davam etdirəcək.