Rusiya paytaxtı Moskvanın hərbi qarnizon məhkəməsi noyabrın 25-də Dövlət Müdafiə Sifarişlərinin Təminatı üzrə Müdafiə Departamentinin keçmiş rəis müavini, xüsusilə külli miqdarda rüşvət almaqda təqsirləndirilən ehtiyatda olan polkovnik Leonid Xarlamov 5 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin qərarını hakim Vadim Korçagin açıqlayıb.

Məlumata görə, Leonid Xarlamov cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Bildirilib ki, hökm çıxarılarkən onun təqsirini etiraf etməsi, istintaqla əməkdaşlıq etməsi, habelə tərifnamələri, dövlət mükafatlarının olması, Suriyadakı hərbi əməliyyatlarda iştirakı nəzərə alınıb.

Prokuror ona 7 ildən 15 ilə qədər həbs cəzasının verilməsini istəyib.

İstinadlar Report