Rusiya müdafiə nazirinin müavini Andrey Kartapolov Gümrüdə yerləşən 102 saylı hərbi bazada olub.

Məlumatı Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

Bildirilib ki, nazir müavininin başçılıq etdiyi nümayəndə heyətini Rusiyanın Ermənistandakı hərbi bazasının komandanlığı, Rusiyanın Ermənistanın Gümrü şəhərindəki Baş Konsulluğunun təmsilçisi, Federasiyanın Elmi-mədəni mərkəzinin nümayəndələri, Şirak vilayətinin administrasiyası qarşılayıb.

Səfər çərçivəsində nümayəndə heyəti “Böyük qala” hərbi şəhərciyinin həyat və məişət şəraiti ilə tanış olublar.

Qeyd edək ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsi MDB ölkələrinin hava hücumundan müdafiə sistemi çərçivəsində döyüş növbəsi çəkir. Bu bazanın fəaliyyətinin 2044-cü ilədək davam etdirməsi ilə bağlı 2010-cu il avqustun 20-də Rusiya ilə Ermənistan arasındakı mövcud müqavilənin müddəti uzadılıb.

İstinadlar Report