Rusiya Silahlı Qüvvələrində hərbi qulluqçuların sayının artırılması müqavilə ilə xidmət keçmək istəyən vətəndaşların hesabına mərhələli şəkildə həyata keçirilir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Prezidentinin 29 noyabr 2023-cü il tarixli Fərmanına uyğun olaraq, Silahlı Qüvvələrin maksimum gücü 170 min hərbçi artırılaraq 1 milyon 320 min hərbi qulluqçuya çatdırılıb”, – məlumatda deyilir.
Həmçinin qeyd olunub ki, səfərbərlik planlaşdırılmır.