“Dağlıq Qarabağdakı Laçın bölgəsi Azərbaycana təhvil verildi və Laçın dəhlizi Rusiya sülhməramlıları tərəfindən idarə olunur”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.

“1 dekabrda Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin üçtərəfli bəyanatına uyğun olaraq, Dağlıq Qarabağın Laçın bölgəsi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Azərbaycan tərəfinə verildi”, – deyə o qeyd  edib.