
Rusiya 12 milyon dollarlıq dələduzluqda ittiham olunan sabiq deputat Roman Qoldmanı “qırmızı xətt”lə axtarışa verilib.
Bununla bağlı İnterpolun saytında məlumat yerləşdirilib.
Bildirilib ki, 48 yaşlı Roman Qoldman xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir.
Rusiya məhkəmələri tərəfindən Roman Qoldmanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılaraq təhvil verilməsi üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, Roman Qoldman Krasnoyarsk parlamentinin keçmiş deputatı olub. O həmçinin “Goldman Group”un rəhbəridir.