Rusiya KXDR-ə müasir hərbi texnologiyalarını təhvil versə, Cənubi Koreya Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər.

Bu barədə KBS telekanalının efirində Cənubi Koreya Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Çxon Ho Çjin bildirib.

O vurğulayıb ki, Seul üçün qırmızı xətlər yalnız rəsmi Moskvanın hərəkətlərindən asılıdır, söhbət Şimali Koreyaya yüksək dəqiqlikli silahların verilməsindən gedir.

İstinadlar Report