Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov və rusiyalı sahibkar Mixail Xodorkovski Rusiyada “xarici agent” elan edilib.

Kasparov və Xodorkovski “siyasi fəaliyyətə görə” “xarici agent” şəxslər siyahısına daxil edilib. Qeyd olunub ki, Xodorkovski Ukrayna ilə, Kasparov da Amerika İnsan Haqları Fondu ilə bağlıdır.

Qeyd edək ki, fiziki şəxslər – “xarici agentlər” siyahısında yeddi nəfər var. Kasparov və Xodorkovskidən başqa, telejurnalistlər Yevgeni Kiselev və Matvey Qanapolski, Aleksey Navalnının şəriki Leonid Volkov, Rusiya Federasiyasında mühakimə olunan siyasətçi Vladimir Kara-Murza və reper Əlişir Morqenştern də onun tərkibinə daxil edilib.