Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır, lakin digər tədarükçülər üçün bu qadağa daha bir ay müddətinə uzadılıb.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Benzinin ixracına 2024-cü ilin sonuna qədər tətbiq edilən müvəqqəti qadağa 31 yanvar 2025-ci ilədək uzadılıb. Məhdudiyyət neft məhsullarının birbaşa istehsalçıları tərəfindən həyata keçirilən tədarüklərə şamil edilməyəcək”, – qərarda deyilir.

Bildirilir ki, qərar daxili yanacaq bazarında sabit vəziyyəti saxlamaq, neft emalı iqtisadiyyatını dəstəkləmək, avtomobil benzininin “boz” ixracına qarşı mübarizə məqsədilə qəbul edilib.

İstinadlar Report