Rusiya, İran və Çinin hərbi dəniz qüvvələri körfəzdə birgə təlim keçirəcək.

Bu barədə Rusiya Sakit okean Hərbi Dəniz Donanmasından bildirilib.

Məlumata görə, təlim Kəngər körfəzi ərazisində keçiriləcək.

İştirakçı dövlətlərin hərb gəmiləri İranın Çahbahar limanında yer alacaqlar.

Təlimlərin keçiriləcəyi dəqiq tarix hələ açıqlanmayıb.

İstinadlar Report