Rusiya prezidenti Vladimir Putin baş nazir Mixail Mişustin ilə ölkə iqtisadiyyatının koronavirus pandemiyasının təsirindən sonra bərpası üzrə planın detallarını müzakirə edib.

Putin dövlətin məqsədinin indi yalnız vəziyyəti sabitləşdirmək yox, həm də əhaliyə və biznesə dəstək vermək olduğunu vurğulayıb.

“Bərpa planı üçün 5 trilyon rubl lazım gələcək. Plan üç mərhələdən ibarətdir: sabitləşmə (2020-ci ilin sonuna qədər), bərpa (2021-ci ilin II rübünə qədər) və artım (2021-ci ilin IV rübünə qədər)”, – M.Mişustin deyib.

İstinadlar Report