Rusiya prezidenti yanında İnsan Hüquqlarını Müdafiə Şurası rəsmi Tehranı İranda saxlanılan jurnalist Yuliya Yuzikin konsul xidməti ilə təmin etməyə çağırıb.

Onlar Rusiyadan olan qohumlarınn Yuliya Yuziklə görüşü üçün şəraitə yaradılmasını istəyiblər.

Hüquq müdafiəçiləri eyni zamanda İran hakimiyyətini jurnalistin saxlanılması səbəbinə dair əhatəli açıqlama verməyə və onu tezliklə azad etməyə çağırıblar.

Qeyd edək ki, oktyabrın 2-də Yuliya Y.Tehranda saxlanılmasına dair məlumat yayılıb.

İstinadlar Report