Rusiya ordusu ilk dəfə olaraq Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıb.

Bunu şəhər merinin müşaviri Petr Andryuşenko deyib.

“Mariupol, “Azovstal”. Yenə – göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”-deyə, Andryuşenko bildirib.