Belarus Respublikası Silahlı Qüvvələri Regional Qoşunlar Qrupunun (RQQ) Birgə Komandanlığının qərargahı yanvarın 31-də təlimə başlayıb.

Məlumatı Belarusun Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Belarus və Rusiya hərbçiləri İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək məqsədi ilə RQQ-dən istifadə üzrə qərar qəbul etməyə dair tapşırıqları yerinə yetirəcək.

Təlim bir həftə sürəcək. Məlumata görə, “İttifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları naminə qoşunların (qüvvələrin) regional qruplaşmalarından istifadə edilməsinə dair qərarların qəbulu” mövzusunda son illərin silahlı münaqişələri təcrübəsinə əsaslanaraq qoşunların imkanlarından birgə istifadənin mesajı da verilir.

Bildirilib ki, bu, “İttifaq Qalxanı – 2023” birgə əməliyyat təliminə hazırlığın növbəti mərhələsidir. Məlumata görə, növbəti təlimlər 2023-cü ilin sentyabrında Rusiya ərazisində keçiriləcək.

İstinadlar Report