
Rusiya ABŞ-la ikitərəfli münasibətlərə dair məsləhətləşmələrin yeni mərhələsinə hazırlaşır.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O qeyd edib ki, görüşün vaxtı və yeri hələ məlum deyil: “İndi növbəti görüş üçün hazırlıq işləri ilə məşğuluq. Ümid edirik ki, kiçik addımlar ikitərəfli gündəliyin ən mühüm məsələləri üzrə qarşılıqlı məqbul həllərə gətirib çıxaracaq”.