Rusiya iyunun 25-26-da Ukrayna ərazisinə ümumi dəyəri 150-220 milyon dollar olan raket atıb.

Bunu ABŞ-ın məşhur “Forbes” nəşri yazıb.

Həmin günlərdə Rusiya Ukrayna ərazisinə 60-80 uzun mənzilli raket atıb. Raketlərin əksəriyyəti Jitomir (30) və Çerniqov (20) vilayətlərinə düşüb. Bundan başqa, Kiyev, Xmelnitski, Lvov və Dnepropetrovsk vilayətləri də Rusiya qoşunlarının raket hücumlarına məruz qalıb.

Məlumata görə, Rusiya əlində olan bütün raketlərdən, o cümlədən, “Toçka-U”, “X-22”, “Onyx”, “İskəndər”, “Calibre” və “X-101” raketlərindən istifadə edir.

İstinadlar Report