Rusiya hökuməti istefaya gedib.

Bu barədə Rusiya Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinlə görüşü zamanı bildirib.

“Rusiya Federasiyası Konstitusiyasının 117-ci maddəsinə əsasən Rusiya Federasiyası hökuməti hazırkı tərkibdə istefaya göndərildi”, -deyə Medvedev açıqlayıb.

O, izah edib ki, bu qərar Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlıdır.

“Rusiya Federasiyasının rəhbər şəxsləri kimi ölkəmizin Prezidentinə bu qərarları qəbul etmək üçün bütün lazımi şəraiti yaratmalıyıq”, – deyə Medvedev əlavə edib.

Putin fəaliyyətinə görə Medvedevə və komandasına təşəkkür edib.

Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevi Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini vəzifəsinə təyin etməyi planlaşdırır.

“TASS” agnetliyi verdiyi xəbərə görə, dövlət başçısı bunu Nazirlər Kabineti ilə görüşdə deyib.

Məlumata görə, qısa müddətdə baş nazir vəzifəsinə təyinat olacaq. Baş nazirin kim olacağı hələ məlum deyil.

Putin, həmçinin Medvedevə və hökumətinə yeni bir hökumət təyin olunana qədər vəzifələrini icra etməyi tapşırıb.

Oxumağa dəyər:   Türkiyənin tikinti şirkəti "MİDA"nı məhkəməyə verib

Qeyd edək ki, Baş Nazir Dmitri Medvedev bu gün hökumətin istefaya getdiyini açıqlayıb.