Rusiya hərbçiləri Ukraynanın İzyum şəhəri istiqamətində geri çəkilməyə başlayıb.

Bu barədə Borovsk kənd şurası məlumat yayıb.

Hazırda Podvısokoyedə olan Rusiya hərbçiləri kütləvi şəkildə Qoroxovatkaya köçürlər.

“Yəqin ki, bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində cəbhə xəttinin hərəkəti ilə bağlıdır: gecə və səhər Podvısokoye, Buqaevka, Kunyedən güclü partlayış səsləri eşidilib”, – məlumatda deyilir.

Bununla yanaşı, Rusiya ordusunun canlı qüvvəsi və texnikası daim dəyişir. Texnikanın bir hissəsi yaşayış məntəqələrində və yerli meşələrdə cəmləşməkdə davam edir.

İstinadlar Report