Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sverdlovsk vilayətində keçirdiyi üç xüsusi əməliyyat çərçivəsində terrorçu cəmiyyətin üzvü olmaqda şübhəli 15 nəfər saxlanılıb.

Məlumatı Rusiya Federal Təhqiqat Xidmətinin regioanl idarəsinin mətbuat xidməti yayıb.

Məlumata görə, həmin şəxslərdən 3 kq ammonium-nitrat tərkibli partlayıcı maddə aşkarlanaraq götürülüb.

Bildirilib ki, onlarla əcnəbinin ölkədən deportasiyası, bəzilərinin isə Rusiyaya girişinə müəyyən müddətə qadağa qoyulması barədə qərar qəbul edilib.

İstinadlar Report