Estoniya səfirindən fevralın 7-dək Rusiya Federasiyasının ərazisini tərk etmək tələb olunub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Estoniyanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ona Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı sərt etiraz notası təqdim edilib.

XİN ikitərəfli münasibətlərin belə inkişafı ilə bağlı məsuliyyətin tamamilə Estoniya tərəfinin üzərinə düşdüyünü izah edib.

İstinadlar Report