
2019-cu ildə Ermənistana satılacaq Rusiya qazının qiyməti 165 dollar olacaq.
Bu barədə “Qazprom”un mətbuat xidməti şirkətin rəhbəri Aleksey Miller və Ermənistan baş naziri müavininin səlahiyyətlərinin müvəqqəti icraçısı Mqer Qriqoryanın görüşündən sonra məlumat yayıb.
Qeyd edək ki, bundan öncə Ermənistana satılan Rusiya qazının qiyməti 150 dollar olub. Yerevan qazın qiymətini gələn il üçün 140 dollara qədər azaltmağı planlaşdırırdı.
Bu arada Nikol Paşinyan Rusiyanın qiyməti artırmasının vətəndaşlara satılan qaza təsir etməyəcəyinə söz verib. O Putinlə iki telefon danışığının olduğunu və hələlik istehlakçılara qiymətin artırılmamasına razılıq aldığını bildirib.