Rusiya Ermənistana nota verib.

Bunu açıqlamasında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Etiraz notasına səbəb isə Ermənistan nümayəndə heyətinin – İrəvanın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistan diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Ukraynanın Buça şəhərinə səfər etməsi olub.

Qurum rəsmisi Rusiyaya ünvanlanan bəyanatları qəbuledilməz olduğunu bildirib, Kiyevə humanitar yardımın göstərilməsini isə rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndirib.

İstinadlar Qafqazinfo