Rusiya koronavirusa qarşı mübarizə tədbirləri çərivəsində Ermənistana səyyar laboratoriya və test-sistemi göndərib.

Bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib.

Onun sözlərinə görə, laboratoriya Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri David Tonoyan arasında əldə edilən uyğun razılaşma əsasında göndərilib.

Bildirilib ki, rusiyalı hərbi mütəxəssislər bu avadanlıq vasitəsilə Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazası və Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini koronovirusla bağlı müayinə edəcək.

İstinadlar Report