Rusiya əhalisinin sayı 2022-ci il yanvarın 1-i ilə müqayisədə 2023-cü il yanvarın 1-də 555 332 nəfər azalaraq 146 424 729 nəfər təşkil edib.
Bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, hesabatda ilhaq olunan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin əhalisinin sayı nəzərə alınmayıb.
Statistika Komitəsinin metodologiyasında qeyd edilib ki, əhalinin sayı son siyahıyaalınmanın nəticələrinə əsasən hesablanır. Ona hər il ərazidə doğulanların, gələnlərin sayı əlavə olunur, ölənlərin və ərazidən gedənlərin sayı çıxılır.