Rusiya Silahlı Qüvvələri “Şahid” dronları vasitəsilə Ukraynanın Dnepr şəhərinə hücum çəkməsi nəticəsində dörd nəfər yaralanıb, törədilmiş dağıntılar altında insanlar qalıb.
Bu barədə vilayət dövlət administrasiyasının başçısı Serhiy Lısak teleqramda açıqlayıb.
“Rusiyalılar “Şahid”lərlə vilayətə hücum edib. Dneprdə çoxmərtəbəli binaya zərbə endirilib. İlkin dörd nəfərin yaralandığı məlumdur. Dağıntılar altında insanlar qalıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir”, – o qeyd edib.