Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Konstyatınopolske kəndini atəşə tutması nəticəsində bir nəfər ölüb və doqquz nəfər yaralanıb.

Bu barədə regionun dövlət administrasiyasının başçısı Vadım Filaşkin teleqramda deyib.

“Rusiyalılar Konstyatınopolskeni “Uraqan”dan atəşə tutublar – 13 mərmi kəndin ərazisinə düşüb”, – Filaşkin nəql edib.

Onun sözlərinə görə, kəndin atəşə tutulması bir nəfərin ölümü və dördü yeniyetmə olmaqla doqquz nəfərin yaralanması ilə sonuclanıb. Eyni zamanda, bir neçə evə zərər dəydiyi vurğulanıb.

Hazırda əraziyə baxış keçirilir, açılmış atəşin dəqiq fəsadları müəyyənləşdirilir.

İstinadlar Report