Aprelin 16-da Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinə dron hücumu nəticəsində azı iki nəfər ölüb.
Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Serhiy Lısak gecə teleqramda bildirib.
İlkin məlumatlara görə, hücum nəticəsində iki qadın ölüb, daha 16 nəfər yaralanıb. Yaralananlar arasında doqquzaylıq qız, habelə 6 və 11 yaşlı iki oğlan var.
“Rus dünyası” iş başında. Tezliklə düşmən səhifələrdə növbəti “NATO zabitlərinin məhv edilməsi” barədə dezinformasiya yayılacaq. Əslində isə, Dneprdə mülki əhaliyə qarşı yenidən terror”, – Lısak yazıb. O həmçinin qeyd edib ki, zərbələr nəticəsində yaşayış evləri, təhsil və mədəniyyət müəssisələri, avtomobillər zərər görüb.
Şəhərdə təxminən 20 dəqiqə ərzində ondan çox partlayış baş verib. Hücumdan sonra Dneprin bəzi ərazilərində elektrik enerjisi ilə bağlı problemlər yaranıb.
Həmin axşam, aprelin 16-da, Rusiya ordusu Xarkov vilayətinin İzyum şəhərinə də zərbə endirib.Atəş nəticəsində iki böyük – 35 yaşlı kişi və 32 yaşlı qadın xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Daha sonra İzyum merinin humanitar məsələlər üzrə müavini Volodimir Matsokin bildirib ki, zərərçəkənlər arasında yeddi yaşlı uşaq da var.