“Kiminlə və hansı səviyyədə əməkdaşlıq etmək barədə qərar Ermənistanın suveren hüququdur”.

Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda fransalı həmkarı Sebastyan Lekornyu ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanın Fransa və İranla əməkdaşlıq etmək hüququ var: “Bizim fransalı, eləcə də iranlı tərəfdaşlarımız digər tərəfdaşlarla əməkdaşlığımıza hörmətlə yanaşırlar. Düşünürəm ki, Rusiya da eyni şeyi etməlidir. Bu əməkdaşlıq hər hansı ölkəyə qarşı yönəlməyib”.

İstinadlar Qafqazinfo