Rusiya BMT Baş Assambleyasında tərəfdaşları ilə birlikdə neokolonializmlə mübarizə üzrə qətnamə hazırlayır.

Bu barədə TASS-a Vladivostokda keçirilən “Millətlərin azadlığı uğrunda hərəkat!” forumunun yekunlarına əsasən Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

“Bu gün biz həmfikirlərlə birlikdə BMT Baş Assambleyasında qətnamə layihəsi üzərində işləyirik. Bundan əlavə, bu mövzu yüksək səviyyəli danışıqlarda getdikcə daha çox eşidilir. Neokolonializmlə mübarizə mövzusu aparıcı məsələlərdən birinə çevrilir”, – Rusiya XİN-dən vurğulanıb.

Xatırladaq ki, Vahid Rusiya Partiyasının təşkilatçılığı ilə “Millətlərin azadlığı uğrunda hərəkat!” daimi komitəsinin iclası “BRİKS və tərəfdaş ölkələr” formatında “Çoxqütblü dünya naminə dünya çoxluğu” beynəlxalq partiyalararası forumu çərçivəsində baş tutub.

İstinadlar Report