Rusiyanın Energetika Nazirliyi yanacaq istehsalı haqqında statistikanı bağlayıb.

Enerji qurumu məlumatların dərcindən imtinanı geosiyasi vəziyyət kontekstində neft məhsulları bazarının informasiya təhlükəsizliyinin təmin edilməsi ilə izah edib.

“Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, bu cür məlumatların açıqlanması bədniyyətli iştirakçılar tərəfindən bazar manipulyasiyasına səbəb ola bilər”, – nazirliyin mətbuat xidmətindən agentliyə bildirilib.

Quruma görə, göstəricilərin gizlədilməsi “daxili istehlakçılara təchizatın etibarlılığını gücləndirməyə və bütövlükdə ölkənin enerji təhlükəsizliyini artırmağa kömək edəcək”.

Bununla belə, Energetika Nazirliyi neft məhsullarının qiymətləri ilə bağlı məlumatların dərcinin davam etdiriləcəyini açıqlayıb.

Beləliklə, benzin istehsalı ilə bağlı məlumatların açıqlanmasının son ayı aprel olub. 2024-cü ilin ilk dörd ayında Rusiyada 14,4 milyon ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır.

İstinadlar Report