Rusiya hökuməti ucuz benzininin daxili bazara idxalının qarşısını almaq üçün xaricdən neft məhsullarının alınmasını müvəqqəti qadağan etmək istəyir.

Məlumatı həmçinin, üç federal məmur da təsdiqləyib.

Qeyd olunur ki, məhdudiyyətlər aprel ayında tətbiq ediləcək. Lakin, əvvəlcə qərar şirkətlərə elan ediləcək və daha sonra qanunvericilik səviyyəsində konsolidasiya baş verəcək.

Xaricdən benzin idxalına qoyulan qadağa 2020-ci ilin sentyabr ayına qədər nəzərdə tutulub. Çünki, Rusiya Federasiyası Energetika Nazirliyinin proqnozlarına görə, bu dövrədək neftin qiymətləri aşağı olacaq.

Rusiya Energetika Nazirliyi oxşar təkliflə çıxış edib və təklif Baş nazirin müavini Yuri Borisov tərəfindən dəstəklənib.

Energetika naziri Aleksandr Novakın sözlərinə görə, hazırda Avropada benzinə tələbat bəzi ölkələrdə koronavirusla mübarizəyə görə təxminən 70% azalıb.

İstinadlar Report