Rusiya ABŞ-ın yeni administrasiyası ilə qarşılıqlı hörmətə əsaslanan dialoqa hazırdır, lakin münasibətlərin kəskin şəkildə yaxşılaşacağına ümid etmir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalında yayımlanan “Voskresnıy veçer s Vladimirom Solovyovım” proqramında bildirib.

“Biz hər hansı kəskin yaxşılaşma proqnozlaşdırmırıq, prinsipcə yaxşılaşma proqnozlaşdırılmır, çünki insanlar eynidir, onlar öz tezislərini dəyişməyib. Biz prinsipcə kəskin yaxşılaşma proqnozlaşdırmırıq. Biz normal, qarşılıqlı hörmətə əsaslanan dialoqa açığıq”, – xanım siyasətçi deyib.

Qeyd edək ki, ABŞ-ın yeni Prezidenti Cozef Baydenin inauqurasiyası yanvarın 20-də keçiriləcək.

İstinadlar Qafqazinfo