“Rusiya yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əməli işə başlamağın mümkün olacağına ümid edir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

M.Zaxarova vurğulayıb ki, Moskva Rusiyanın konsultativ yardımı ilə sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasının tərəfdarıdır:

“Ötən il noyabrın 26-da Soçidə liderlərin üçtərəfli danışıqlarının ardından verilən bəyanatda təsbit edildiyi kimi komissiyanın işə başlaması ilə iki ölkə sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üçün addımlar atmaq lazımdır”, – o fikrini yekunlaşdırıb.

İstinadlar Report