
“Berlinin Kiyevə “Leopard 2″ tankları tədarük etməsi barədə qərarı təhlükəlidir, bu, münaqişəni yeni qarşıdurma səviyyəsinə gətirəcək”.
Bu, Rusiyanın Almaniyadakı səfirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, Almaniya hökuməti yanvarın 25-də Ukraynaya “Leopard 2” tanklarının tədarükünü təsdiqləyib.
Polşanın Baş naziri Mateuş Moravetski Almaniyanın bu qərarını alqışlayaraq kansler Olaf Şoltsa təşəkkür edib.