
“Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin ekspropriasiyasından əldə edilən 1,4 milyard avro məbləğində vəsaitin birinci tranşı avqustun ilk həftəsində Avropa Komissiyasına köçürüləcək”.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vəsaitdən Kiyev üçün hava hücumundan müdafiə sistemləri və mərmilərin alınması, həmçinin Ukraynanın hərbi sənayesindən silah alınması üçün istifadə olunacaq: