“Moskva Rusiya qoşunlarının öz ərazisindən kazarmaya qaytarılmasına dair ABŞ-ın qəbuledilməz tələblərini hətta müzakirə etməyə belə hazır deyil”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “1TV”nin “Böyük oyun” proqramındakı çıxışında bildirib.

“Onlar artıq qoşunların Ukryana sərhədlərindən çəkilməsini deməklə kifayətlənmir, qoşunun kazarmaya qayıtmasını istəyirlər. ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman mətbuat konfransında məhz bunu açıq-aşkar bildirib. Fikrimcə, bu qətiyyən qəbuledilməzdir. Biz bu məsələni hətta müzakirə belə etməyəcəyik”, – S.Lavrov vurğulayıb.

İstinadlar Report