Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikası və Stavropol Vilayəti üzrə İdarəsi 36,5 ton Azərbaycan pomidorunu geri göndərib.

Gömrük məntəqəsində müvəqqəti saxlanma anbarlarında pomidorlara baxış zamanı onlarda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Bakteriyaların mövcudluğunu laboratoriya ekspertizasının nəticələri də təsdiqləyib.

Karantin məhsulların Rusiya ərazisinə keçirilməsi qadağan edilib və onlar yükü göndərənlərə geri qaytarılıb.

İstinadlar Qafqazinfo