Rusiyada bərpa olunan enerjiyə (BOE) dəstək 2035-ci ildən sonra – BOE layihələri ənənəvi mənbələrlə qiymət paritetinə çatdıqda başa çatmalıdır.
“Sənəd hökumətə göndərilib. Bərpa olunan enerji mənbələri istiqamətində əsas vəzifə 2035-ci ildən sonra dəstək mexanizmlərinə son qoymaq və ənənəvi istehsalla qiymət paritetinə nail olmaq məqsədi ilə bərpa olunan enerji istehsalından istifadənin səmərəliliyinin artırılmasıdır”, – sənəddə deyilir.
Bildirilib ki, bunun üçün təkcə bərpa olunan enerji mənbələrinin inkişafı mexanizmlərinin və standartlarının təkmilləşdirilməsi yox, həm də avadanlığın ixracı və bərpa olunan enerji obyektləri üçün xidmətlərin göstərilməsi üçün stimullar yaratmaq, bərpa olunan enerji mənbələrinə könüllü tələbat sistemlərinin təkmilləşdirilməsi və saxlama sistemlərinin inkişafı lazımdır.