Rumıniyanın monitorinq sistemləri yanvarın 17-nə keçən gecə ölkənin hava məkanının pozulmasını qeydə alıb. Vəziyyətə nəzarət etmək üçün iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb.

Bu barədə Rumıniya Müdafiə Nazirliyinin (MN) məlumatında bildirilib.

Qeyd edilib ki, Ukraynanın İzmail şəhərindən 300 metr məsafədə yerləşən Plauru yaşayış məntəqəsi ərazisində mütəxəssislər pilotsuz uçuş aparatının (PUA) mümkün düşməsi izlərini aşkar ediblər.

İstinadlar Report