Rumıniyanın paytaxtı Buxarestdə “Styaua” və “Rapid” komandaları arasında keçirilmiş futbol matçında iğtişaş baş verib

Azarkeşlərin qarşıdurması nəticəsində onlarla insan saxlanılıb.
Onların cərimələnəcəkləri və məsuliyyətə cəlb olunacaqları bildirilir.
Toqquşma hər iki komanda azarkeşlərinin olduğu tribunada başlayıb. Bu zaman meydana yandırıcı maddələr və oturacaqlar atılıb. Baş hakim görüşü bir neçə dəfə dayandırıb. Polis isə gözyaşardıcı qazdan istifadə edib. Həmin zonadan uşaqlar və qadınlar təxliyyə edilib, bir çox azarkeş stadionu tərk edərək, evlərinə yollanıb.
Görüş “Rapid”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra fanatlar meydana girmək istəsələr də, polis gözyaşardıcı qazla onların qarşısını kəsə bilib.

İstinadlar Report