Rumıniyanın Sibiu şəhərində yaşayış binasında partlayış baş verib, 2 nəfər ölüb, 20-yə yaxın insan təxliyə edilib.
Bu barədə Sibiu Fövqəladə Hallar Müfəttişliyinin mətbuat katibi Andrea Stefan bildirib.
Partlayışın ardınca yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə yanğın olub.
Mənzilin içərisində axtarış-xilasetmə işləri davam edir. Evin yerləşdiyi küçədə nəqliyyatın hərəkəti kəsilib.