Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürüb.

Bu barədə “Diji 24” nəşri məlumat yayıb. Bildirilib ki, xəstə daha 9 nəfərə xəsarət yetirib. Qeyd olunub ki, kişi xəstəxanaya “Ağ isitmə” (Daim spirtli içkilər içən insanların beyin qabığının zədələnməsi) diaqnozu ilə gətirilib.

Xəsarət alan şəxslər kəllə-beyin travması alıb. Cinayətkar zərər çəkmiş şəxslərdən birinin tibb işçilərinə xəstənin hücumu barədə xəbərdar etməsindən sonra saxlanılıb.

O, əlində tibbi spirtlə polislər tərəfindən xəstəxanın çıxışında tutulub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərin bütün təfərrüatlarını öyrənirlər.

İstinadlar Report