“Azərbaycan və Rumıniya təkcə energetika sahəsində deyil, bütün sahələrdə əməkdaşlıq edərək uğurlara nail ola bilər”.

Bunu Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 6-cı iclasında Komissiyanın Rumıniya tərəfindən həmsədri, bu ölkənin energetika naziri Vircil-Daniel Popesku bildirib.

Onun sözlərinə görə, bugünki iclas Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir: “Rumıniya Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan 2-ci ölkə olub”.

Nazir qeyd edib ki, iki ölkə ölkə arasında energetika sahəsində geniş əməkdaşlıq mövcuddur: “Biz kənd təsərrüfatı, logistika, nəqliyyat təhsil sahəsində işləri irəli aparmalıyıq. Daha böyük investisiyalar və əməkdaşlıq üçün imkanlar mövcuddur. Bu gün hər ölkədə şirkətlərimiz fəaliyyət göstərir”.

İstinadlar Report