
“Cənub Qaz Dəhlizi (SGC) istismara verilməsindən ötən 2 il ərzində şübhəsiz ki, Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətini sübuta yetirib”.
Bunu Rumıniya Prezidenti Klaus Yohannis Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı deyib.
K. Yohannisin sözlərinə görə, bu dəhliz Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin geosiyasi vəziyyəti kəskin şəkildə dəyişdiyi, xüsusən də enerji təhlükəsizliyindən bəhs etdiyimiz bir vaxtda daha da vacibdir: “Bu fonda Avropa İttifaqı və üzv dövlətlər etibarsız təbii qaz mənbələrindən asılılığı əhəmiyyətli dərəcədə azaltmaq üçün qətiyyətli addımlar atıb”, – o vurğulayıb.