
ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin (USAFE) 100-ə yaxın hərbi qulluqçusu və 4 ədəd “F-16” təyyarəsi Rumıniyanın Borçe şəhərindəki (Keleraşi mahalı) “Leytenant George Moçornitse” aviabazasına gəlib.
Bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ABŞ hərbçiləri gücləndirilmiş hava polisi missiyalarını yerinə yetirəcək, həmçinin Rumıniya Hərbi Hava Qüvvələrinin hərbçiləri və “F-16” təyyarələri ilə təlimlər keçirəcək.