Koronavirusun yeni “omikron” ştamının yayıldığı ərazilərdən Rumıniya daxil olan digər Aİ dövlətlərinin vətəndaşları 14 gün müddətində karantində olacaqlar.

Bu barədə Rumıniyanın səhiyyə naziri Aleksandru Rafila bildirib.

Nazir deyib ki, bu ərazilərdən ölkəyə daxil olanlar 14 gün müddətinə karantinə alınacaq və test mənfi olarsa, 10 gündən sonra karantini tərk edə biləcəklər.

Onun sözlərinə görə, təxminən üç həftədən sonra yeni ştamın COVID-19 peyvəndlərinin effektivliyinə təsir edib-etmədiyi aydınlaşdırılacaq.

İstinadlar Report