Rumıniya ABŞ-dən 44 amfibiya maşını almaq niyyətindədir.
Bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Nazirlik AAV-7 tırtıllı amfibiya-hücum maşınlarının alınması üçün ölkə parlamentinə müraciət edib.
Texnikanın alınması üçün ABŞ Dəniz Piyadaları Korpusu ilə müqavilə bağlanmalıdır.
Bildirilir ki, təchizat Rumıniya ordusunun 2040-cı ilə qədər transformasiyası proqramının icrası çərçivəsində həyata keçirilir.