
Bolqarıstan qaz tədarükü problemini Azərbaycanın hesabına qismən həll edib.
Bunu Bolqarıstan Prezidenti Rumen Radev yerli KİV-ə müsahibəsində ölkəsinin qaz idxalı məsələsində Azərbaycanın rolunu vurğulayaraq, deyib.
“Bolqarıstan Azərbaycandan tədarükün artırılması hesabına qaz idxalı problemini qismən həll edib. Lakin biz hələ də Rusiya qazını svop əməliyyatları və ya vasitəçilər vasitəsilə almağa davam edirik”, – R.Radev bildirib.
Onun sözlərinə görə, hazırda Bolqarıstan mayeləşdirilmiş təbii qaz idxal etmir.